• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 10.06.2023 12:32

Bakı-Ağstafa marşrutu üzrə 2 əlavə qatar reysi təyin edilib

KepezTV Player
"Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə 2 əlavə qatar reysi təyin edib. 10 iyun tarixində əlavə reyslə saat 16-da Ağstafa-Bakı istiqaməti üzrə yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq. 11 iyun tarixində isə saat 8:25-də Bakı Dəmiryol Vağzalından çıxış edən qatar Ağstafa stansiyasına saat 13:20-də yetəcək.