KepezTV Player
Gəncədə qəza baş verib. Səhər saatlarında Nizami prospektində qeydə alınan hadisədə 1960-cı il təvəllüdlü İlqar Yusibovun sükanı arxasında olduğu “Hyundai” idarəetmədən çıxıb. Minik avtomobili 6 nömrəli məktəbin yaxınlığındakı yol kəsişməsindəki işıqfora çırpılıb. Araşdırma zamanı məlum olub ki, olay sürücünün sükan arxasında infarkt keçirməsi nəticəsində baş verib. 63 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım əməkdaşları və yol polisi cəlb olunub.
- Baxış: 574