• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 09.06.2023 11:28

Dostluq münasibətlərinin qurulmasındakı vacib məqamlar

KepezTV Player

“Dostluq hekayəsi”

Aysel- Harda qaldın?

Türkan- Gəlirəm, gəlirəm.

Aysel- Səhərdən səni gözləyirəm axı. Yoruldum ey!

Türkan- A, gəlirəm də. Nə olur ki, gözləyəndə?!

“Yox, dostluq bu deyil!”

Aysel – Harda qaldın, ay Türkan?

Türkan- Gəldim, gəldim.

(Qapı döyülür)

Aysel – Harada qaldın, ay qız? Gəl keç içəri.

Türkan – Ay qız, döngəni səhv salmışam. Birdən yadıma düşdü ki, o biri döngədir.

 Aysel – Elə bildim ki, bunu etmisən. Həmişə də beləsən. Dəyişmirsən. Nəysə, sənə sözüm var, gəl bura...

Dostluq - dostunu özün qədər yaxşı tanımaqdır. Dostluq səbirdir.

Türkan Albabayeva : “Dostluq biz nəyəsə əsəbiləşəndə, bir-birimizə əsəbiləşəndə güzəştə getməyi bacarmaqdır. Və yaxud da həm yaxşı günümüzdə, həm pis günümüzdə bir-birimizə dəstək və yanımızda olmaqdır. Həyatda dost qazanmaq asan məsələ deyil, çətindir. Ona görə də dostlarımızın qədrini bilməliyik. Və bəzi şeyləri güzəştə getməyi bacarmalıyıq. Çünki biz dostumuzu özümüz qədər yaxşı tanıyırıq. Onun qəlbini, ürəyini, ağlından keçən fikirləri daha yaxşı bilirik. Və bizə o hərəkəti pis niyyətlə etmədiyini hər zaman xatırlamalıyıq. Bunu yaddan çıxarmamalıyıq”.

Ona ‘yox’ deyə bilmirsən.

Aysel – Ay qız, bu nə gözəl boyunbağıdır belə?

Türkan – Təzə almışam. Xoşun gəldi?

Aysel – Həftəsonu toya gedirəm axı. Paltarımla da tam uyğun gələcək.  Verərsən elə onu taxım?

Türkan (ürəyində deyir) – Heç sevmirəm əşyalarımı başqasına verim. Amma Ayselə də yox deyə bilmirəm.

Türkan – Hə, niyə götürmürsən. Buyur, al. Məncə, sənə də yaraşacaq.

Dostluq onun üçün qəliblərini sındırmaqdır. Dostluq dəyərdir.

Türkan Albabayeva: “Dostluq bəzən isə bir-birlərinə olan qəlibləri sındırmaqdır. Həyatda hər kəsin özünə görə qanunları vardır, ancaq bu, dostluğa aid edilə bilməz. Bəzən ən sevdiyimiz əşyanı belə paylaşmalı oluruq. Çünki dostluq bunu tələb edir. Dostuna hər bir səhvini üzünə deyə bilsən də, dostluq odur ki, qıraqda onun üçün hər zaman savaşırsan. Və onun tərəfini vermirsən”.

Onun hər məsələsi sanki sənin özününküdür.         

Türkan – Bilirəm, dedim bu gün axşama işi çatdıracam. Ancaq neyləyim, vaxt edib çatdıra bilmədim. Niyə belə aqressiv danışırsınız? Dedim axı çatdıracam.

(Aysel telefonu Türkandan alır)

Aysel – Salam, xanım. Xanım, deyir, işi vaxtında çatıracam. Yəni, bunu niyə problem edirsiniz, niyə bu qədər böyüdürsünüz? İş vaxtında çatacaq, narahat olmayın. Hə, yaxşı sağ olun.

Türkan – Aysel, mənə görə niyə dalaşdın?

Aysel – Niyə işini vaxtında çatdırmırsan, bax, ay Türkan?

Türkan – Bayaq məni müdafiə edirdin, indi nə oldu?

Aysel – Başqasına qarşı səni həmişə qoruyaram. Ancaq səhvini də gərək elə məndən eşidəsən.

Türkan və Aysel : Çünki dostluq bunu tələb edir.

Aysel – Yaxşı, gedək. Mən də kömək edim işini çatdıraq.

Dostuluq birlikdə doğru yolu kəşf etməkdir. Dostluq bir-birinə güzgü olmaqdır.

Beynəlxalq dostluq gününüz mübarək!

Aysel Abbasova