• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 08.06.2023 21:56

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

KepezTV Player
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib. Bu barədə QSC-dən bildirilib. 10 iyun tarixində əlavə reys üzrə saat 8:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yollanan qatar Bakıya saat 21:25-də yetəcək.