Okean - Köhnə mənbələrdə Mühit Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti olaraq adlanır. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanı səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Onun tərkibində sehirli canlı aləm yəni, bir sıra yosunlar və cürbəcür bitkilər yerləşir.
Bu təqvimin qeyd edilmə tarixi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin “Ətraf mühit və inkişaf” konfransında elan olunub. Günün qeyd edilməsində əsas məqsəd bütün diqqətləri bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir. Dünya Okeanlar Günü bir çox Avropa, Cənub-Şərqi Asiya, Latın Amerikası, Avstraliya, Afrika ölkələrində, eləcə də Cənubi Asiya və Uzaq Şərqdə bayram kimi qeyd olunur.
- Baxış: 344