• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 06.06.2023 20:18

İmtahanların nəticələri açıqlanıb

KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə mayın 20-21-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib. İmtahanda 43443 abituriyent iştirak edib, 17 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. II ixtisas qrupu üzrə ən yüksək nəticə 394 bal, III ixtisas qrupu üzrə isə 392.5 bal olub. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
 
 
İmtahanların başlama vaxtı dəyişdirilib
 
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10-da başlanacaq. İştirakçıların nəzərinə çatdırılır ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 9:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmayacaq. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir.