• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 06.06.2023 10:25

Uşaqlarımız kimə oxşayır - özümüzə, yoxsa zəmanəyə?

KepezTV Player

Əminə Kazımlı- Pedaqoq, disleksiya mütəxəssisi: “Şəxsiyyət sosial münasibətlərdən başlayır. Sosial uşaqların əsas göstəriciləri isə oyunlar oynamaqdır. Uşaqlar oyun oynarkən növbələşməyi, öz növbəsini gözləməyi daha yaxşı özlərində inkişaf etdirirlər və onlar bunu dərs, yaxud da hansısa məcburiyyətdən deyil, əyləncə baxımından etdikləri üçün özlərində daha yaxşı formalaşdırıb, inkişafı daha yüksək həddə çatdıra bilirlər”.

Belə bir misal var: "Ağac, yaşkən əyilir". Yəni insan övladı ən çox kiçik yaşlarda öyrənməyə və tərbiyəyə açıq olur. Uşaqlıqda övladlarımıza necə tərbiyə verəriksə, hansı tərəfə yönəldiriksə, yetkinlik yaşına gəldiklərində həyatlarında bunun önəmli təsiri olar. Ancaq hamıya məlumdur ki, hər dövrün uşaqları bir-birlərindən fərqlənir.  Gəlin bizi düşündürən daha bir sualımızın cavabını müsahibimizdən öyrənək. Bu günkü texnologiyalar uşaqların inkişafına nə cür təsir edir?

Əminə Kazımlı- Pedaqoq, disleksiya mütəxəssisi: “Müasir dövrdə uşaqlarımızda ən çox rastlanan problemlərdən biri də yüksəklik qorxusu, tarazlıq və s. Bu problemlərin yaranma səbəbləri ondan ibarətdir ki, uşaqlar daha çox inkişaflarını düz zəminlər üzərində torpağa toxunmadan, daşlara toxunmadan inkişaf edirlər və bu da öz növbəsində müxtəlif duyğu problemlərinə gətirib çıxarır. Bəs problemlər nədən yaranır? Çünki uşaqlarımız vaxtlarının daha çoxunu telefon və ya planşet qabağında keçirir. Unutmayaq ki, uşaqlarımızın düz divara baxması ilə telefona baxmasının heç bir  fərqi yoxdur və bu onların inkişafını dəstəkləmir”.

Elə həm texnologiyanın, həm də müasir dövrün tələblərini nəzərə alsaq, uşaqların dövrlə ayaqlaşması normal hal kimi qəbul olunur. Bəlkə də ona görə uşaqlar özümüzə deyil, zəmanəyə oxşayır.

Əminə Kazımlı- Pedaqoq, disleksiya mütəxəssisi: “Bütün bu problemlərlə rastlaşan valideynlər nə etməliyik, necə edə bilərik suallarına cavab axtarır. Əziz valideynlər əgər bu kimi hallarla rastlaşmısınızsa, övladınıza zaman ayıra bilmirsinızsə, onların telefonda oynadığı oyunları siz real həyatda onlarla oynayaraq vaxt keçirə bilərsiniz. Bu zaman da sizinlə uşağınızın arasında qırılmayacaq bir bağ yaranacaq”.

Lalə Bağırova