• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 05.06.2023 20:03

Qarabağdakı ermənilər postdan keçərək Xankəndiyə gedir

KepezTV Player

Laçın yolunun blokadada olması təmamilə cəfəngiyatdır. Laçın-Xankəndi yolunda qurulan sərhəd buraxılış məntəqəsinin blokada yaratması haqqında "mif" də əsassızdır. Bunun bir daha şahidi oluruq. 

Bu görüntülər Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindəndir.

Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı zamanı Qarabağın erməni sakinləri "bir daha bu yoldan heç vaxt istifadə edə bilməyəcəklərini" bəyan edirdilər. Lakin kadrlar bunun əksini göstərir.

Nəzarə buraxılış məntəqəsi qurulmamışdan əvvəl Ermənistan Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan qeyri-qanuni işlərini həyat keçirmək məqsədilə istifadə edirlər. Yəni Ermənistandan Qarabağdakı silahlı birləşmələr müxtəlif silahlar, ən əsası minalar məhz bu yol vasitəsilə daşınırdı. 

Elə buna görə də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolundakı nəzarət-buraxılış məntəqəsi bundan sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından vacib addım hesab olunur.

Fərid Mehdiyev