• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 05.06.2023 15:50

Melioratorların peşə bayramı qeyd edilib

KepezTV Player

5 iyun Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. Melioratorlar günü Göygöl rayonunda da qeyd olunub. Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Peşə bayramı münasibətilə keçirilən görüşdə meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı roluna nəzər salınıb. Azərbaycanda 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” imzalanan qanunların və 2014-cü ildən 5 iyun tarixinin Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı kimi qeyd olunmasının əhəmiyyətindən danışılıb. Tədbirdə Göygöl Suvarma Sistemləri İdarəsinin rəhbərliyi tərəfindən işində fərqlənən əməkdaşlara fəxri fərmanlar və diplomlar təqdim olunub.