“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvanda vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlər olacaq, xüsusi gömrük rejimi yaradılacaq. Muxtar respublikada dövlət xidmətlərinin keyfiyyət səviyyəsi yüksəldiləcək, güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi fəaliyyət göstərəcək. Naxçıvan - Türkiyə yüksəkgərginlikli elektrik xətləri çəkiləcək, yeni internat məktəbi tikiləcək, sənaye parkı yaradılacaq, özəl təhsil və tibb müəssisələri açılacaq. Eləcə də Naxçıvana ucuz uçuşlar təşkil ediləcək, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək, idman kompleksləri yaradılacaq, açıq hava idman qurğuları qurulacaq, ingilisdilli orta məktəb açılacaq, aqroparklar yaradılacaq.
- Baxış: 322