• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 04.06.2023 20:38

Üzgüçülükdə ilk: idmançımız şəhərə medalla qayıdıb

KepezTV Player

Gəncənin üzgüçülük tarixində bir ilk yaşanıb. Rəsmi yarışda şəhəri təmsil Yusif İsmayılov Nizami yurdundan bu növdə ilk dəfə medal qazanıb.

Bu vaxtadək ölkənin ikinci böyük şəhərindən heç bir üzgüçü rəsmi yarışlarda mükafatçılar sırasına düşə bilməyib. 8 aya yaxındır ki, bu idmanla məşğul olan Yusif İsmayılov isə Gəncə idmanının tarixinə düşüb. O, Sumqayıtda təşkil edilən açıq birincilikdə fərqlənməyi bacarıb. Yusif ilk dəfə rəsmi yarışa qatılmasına baxmayaraq 50 metr məsafəyə sərbəst üsulla üzmədə uğurlu çıxış edərək mükafatçılar arasında yer alıb.

Üzgüçülüyə gəldiyi ilk gündən onda qeyri-adi bacarığın olduğu deyən Yusifin məşqçisi idmançının gələcəyinə böyük ümidlər bəsləyir.

Yusif İsmayılov hazırda qarşıdakı yarışlara hazırlaşır. 8 yaşlı üzgüçü iyunun sonunda Bakıda daha bir rəsmi birincilikdə iştirak edəcək.

Orxan Cəfərzadə