• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 04.06.2023 20:35

Gəncədə I ixtisas qrupu üzrə 1624 abituriyent imtahan verib

KepezTV Player
Bu gün 1 ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin 18 şəhər və rayonda təşkil etdiyi imtahan Gəncədə 7 binada baş tutub. 1624 abituriyentin iştirak üçün qeydiyyatdan keçdiyi imtahanların idarə olunmasına 7 ümumi rəhbər, 19 imtahan rəhbəri və 145 nəzarətçi müəllim cəlb edilib. Prosesin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə reallaşıb, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Abutiyentlər onlara verilən sualları 3 saat ərzində cavablandırıblar. Artıq qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür. Nəticələrsə yaxın 2 həftə ərzində elan olunacaq.