• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 03.06.2023 18:54

Şəhidlərin xatirəsinə həsr olunan region birinciliyi

KepezTV Player

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan mini-futbol üzrə uşaqlar arasında region birinciliyi təşkil edilib. Yarış Gəncə Futbol Veteranları Birliyi və AFFA-nın təşkilatçılığı ilə baş tutub. Birinciliyin açılışında rəsmilər, veteran futbolçular, müharibə veteranları və şəhidlərin ailə üzvləri iştirak ediblər. Yarışda 2014-2015-ci il təvəllüdlülərdən ibarət 4 komanda mübarizə aparıb. Yarışda Gəncənin “Kəpəz” və “Lokomotiv”, eləcə də “Turan Tovuz” və Mingəçevirin “Uğur” kollektivləri qələbə qazanmaq üçün bacarıqlarını ortaya qoyublar. Bütün rəqiblərini üstələyən “Lokomotiv” birinciliyin qalibi olub. “Kəpəz” ikinci, “Uğur” isə 3-cü yerə layiq görülüb. Sonda fəxri yer tutan komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.