• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3164
— 03.06.2023 16:53

Bakı musiqi kollecinin konserti olub

KepezTV Player

Gəncədə musiqi gecəsi keçirilib. Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin təşkil etdiyi konsert ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Məshəti Gəncəvi muzeyində keçirilən tədbirdə orta-ixtisas təhsili müəssisəsinin şagirdləri yerli və xarici musiqiləri təqdim ediblər. İnstrumental ifaçılıq, xanəndəlik, vokal sənəti, xor dirijorluğu, musiqi nəzəriyyəsi və xalq çalğı alətləri ifaçılığı kimi ixtisasların olduğu təhsil ocağının təmsilçiləri sırasında respublika və beynəlxalq müsabiqələrdə iştrak etmiş gənclər yer alıb. Onların təqdimatında tarda solo ifalar, muğamlar, Azərbaycan, eyni zamanda dünya bəstəkarlarının əsərlərindən nümunələr alqışlarla qarşılanıb. 

Bəbir Mahmudov- Bakı Musiqi Kollecinin müəllimi: “Bildiyimiz kimi bu il ölkəmizdə Heydər Əliyev ili elan olunmuşdur, eyni zamanda bizim kollecimizin yaradılmasının 125 illiyi tamam olur. Bu tədbirlər çərçivəsində biz həm Bakı şəhərində konsert proqramları ilə çıxış etmişik, həm başqa bölgələrimizdə də olmuşuq və istədik ki, qədim Gəncəmizdə də çıxış edək. Gördüyünüz kimi konsertimizdə həm muğamlarımız səsləndi, həm xarici əsərlər, Azərbaycan bəstəkarlarının əsərləri səsləndi”.