• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 03.06.2023 16:49

FHN aeroportda "yanğın"ı söndürüb

KepezTV Player

Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd aeroportda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Eləcə də bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması yoxlanılıb. Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə, Samux və Göygöldə olan qüvvə və vasitələri cəlb olunub. Təlim zamanı “hadisə yerinə” operativ çatan yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. Uğurla reallaşdırılmış təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Təlimə ümumilikdə 10 ədəd texnika və 60 nəfərdən çox şəxsi heyət üzvü cəlb olunub.