Dövlət İmtahan Mərkəzi 4-cü imtahan qrupu üzrə blok və 1-ci qrupda isə alt qrup olaraq informatika fənnindən abituriyentlər üçün imtahan keçirib. 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. İmtahanda 18 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Mərkəzin sosial şəbəkə hesablarına və saytına yerləşdirilir. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Ölkənin ikinci böyük şəhərində imtahanlar 4 binada təşkil edilib. 3 binada 4-cü, 1 binada isə 1-ci ixtisas qrupunun imtahanları reallaşıb. Ümumillikdə Gəncədə 1016 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahanları idarə edilməsində 4 ümumi rəhbər, 13 imtahan rəhbəri, 93 nəzarətçi müəllim iştirak edib.
- Baxış: 335