• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 02.06.2023 20:30

Cavadxan yurdunun aikidoçuları beynəlxalq festivalda iştirak ediblər

KepezTV Player

Cavadxan yurdunun aikidoçuları beynəlxalq festivalda iştirak ediblər Gəncəli aikidoçular Türkiyədə Millətlərarası Aikido Festivalında iştirak ediblər. Nizami yurdunun idmançıları qonşu ölkədə müxtəlif dərəcəli dan kəmərlərinə yiyələniblər.

Festival paytaxt Ankarada keçirilib. Hər il bir dəfə ənənəvi olaraq təşkil edilən tədbirə Azərbaycandan 8 aikidoçu qatılıb. 25 ölkədən 400-dən çox idmançının yer aldığı Türkiyədəki festivalda Gəncədən 3 idmançı – Orxan Məmmədov, Rüfət Ələsgərov və Ramin Yusifov iştirak edib. Sonuncu həm də ölkənin ikinci böyük şəhərində bu idman növünün ən tanınmış simasıdır. Təcrübəli çalışdırıcı qardaş ölkədə imtahan verərək kəmər səviyyəsini daha da yaxşılaşdırıb və 6-cı dan qara kəmər dərəcəsinə layiq görülüb.

Ramin Yusifov festivalda yalnız imtahan verərək yeni dan kəmərinə yiyələnməyib. Eyni zamanda o, iştirakçılara ustad dərsləri də keçib.

1997-ci ildən Gəncədə aikidonun inkişaf etdirilməsi, təbliğatı üçün vacib işlər görən Ramin Yusifov, həmçinin cui-citsu üzrə məşqçidir. Onun şəxsi yetirməsi və qızı Fidan Yusifova bir müddət öncə cui-citsu üzrə böyüklər arasında Avropa çempionu adını qazanıb.

Orxan Cəfərzadə