• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 02.06.2023 15:40

DİM-dən sosial şəbəkə istifadəçilərinə müraciət

KepezTV Player

Son vaxtlar qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır. DİM-dən qeyd edilib ki, bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar. DİM sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Mərkəzin adından yaradılan oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və rəsmi internet səhifələrini izləməyi tövsiyə edir.