• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 01.06.2023 19:57

Cüdoçular ölkə birinciliyində 8 medal qazanıblar

KepezTV Player

Gəncəli idmançılar 15 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində uğurlu çıxışla diqqət çəkiblər. Nizami yurdunun tatami ustaları həm fərdi yarışlarda, həm də medaların əyarına görə fərqləniblər. Bakıda baş tutan birinciliyə ölkənin ikinci böyük şəhərindən 30-a yaxın yeniyetmə kimano sahibi yollanıb. 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələrindən 8-i mükafatçılar sırasına düşə bilib. Onlardan 7-si oğlan, biri isə qız olub. Məşqçi Tural Abbasovun yetirməsi 66 kq-da güləşən Nicat Qəhrəmanov bütün rəqiblərini üstələyərək ölkə yarışının qalibi adını qazanıb. 50 kq çəkidə mübarizə aparan Səbuhi Bağırov isə birinciliyi bürünc medalla tamamlayıb. Azərbaycan birinciliyindən 8 medal qazanan Gəncə cüdoçuları bu nəticə ilə fərdi yarışlarda 3-cü sırada yer alıblar. Medalların əyarına görə isə Cavadxan yurdunun təmsilçiləri 2 qızıl və 8 bürünc mükafatla birinci olublar.