• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 01.06.2023 19:30

Ulu Öndər Heydər Əliyevin təhsilə diqqətindən danışılıb

KepezTV Player

YAP Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Heydər Əliyev və Azərbaycan milli təhsili" mövzusunda konfrans keçirib. Heydər Əliyevin zəngin ömür yolundan və təhsil sisteminin inkişafında xidmətlərindən söz açılıb. Azərbaycanda təhsilinin formalaşması və inkişafında Ulu öndərin müstəsna xidmətləri xatırladılıb. Konfransda həmçinin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycanın bu gün dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrildiyi vurğulanıb. Heydər Əliyev irsinin daim araşdırılmalı və gənc nəsllərə çatdırılmasının önəminə toxunulub. Heydər Əliyev ili çərçivəsində Ulu öndər irsinin təbliği, təhsilin inkişafı və rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəala fəxri fərman təqdim edilib. YAP sıralarına daxil olanlara vəsiqələri təqdim edilib.

Həbib Misirov- YAP Kəlbəcər rayon təşkilatının sədri: “Bu günə kimi Kəlbəcər rayon sektoru ilə birlikdə Ulu öndərin 100 illiyi ilə birlikdə silsilə tədbirlər keçirmişik. Heydər Əliyev Mərkəzlərinə ziyarətlər təşkil edilib. Bu da növbəti tədbirlərimizdən biridir. Tədbirlərimizin davamı olacaqdır. Çünki ulu öndər ili çərçivəsində deyil, hər an onu anmalıyıq və gənc nəsilə çatdırmalıyıq. Nə qədər Azərbaycan xalqı var, bu millət var, dövlətimiz var ulu öndərin əbədiyaşar xatirəsi hər birimizin qəlbində yaşayacaqdır”.