• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 01.06.2023 19:50

“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir

KepezTV Player

Samuxda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib. Samux Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında reallaşan bayram şənliyində ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, şəhid ailələrinin övladları və digər rayon sakinləri iştirak ediblər. Tədbirdə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri, balacaların maraq dairəsinə daxil olan kitablar sərgilənib, nağıl personajlarının səhnəcikləri nümayiş olunub. Vətənpərvərlik mövzusunda kompozisiya xüsusi maraqla izlənilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ölkəmizdə uşaqlara qayğının ildən-ilə artdığını diqqətə çatdırıb. Samuxda gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlərdən söz açılıb. Uşaq hüquqlarının təmin olunması, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirildiyi vurğulanıb. Bayram şənliyi rayon uşaq bağçalarının hazırladıqları rəqslər və səhnəciklərlə davam edib. Şəhid ailələrinin övladlarına bayram hədiyyələri təqdim olunub.