• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 01.06.2023 19:58

Fərqlənən uşaqlar təltif ediliblər

KepezTV Player

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Şəmkirdə keçirilən tədbirdə şəhid və qazi övladları, 2022-2023-cü tədris ilində rayon üzrə fərqlənən şagirdlər, müəllimlər, azyaşlılar və valideyinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinin əhəmiyyətinə toxunub. Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlərdən danışılıb. Rayonda da uşaqların təlim-tərbiyəsi, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Tədbirin bədii hissəsində məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələrinin ifasında musiqilər, səhnəciklər təqdim olunub. 2022-2023-cü tədris ilində təhsildə və idmanda rayon üzrə fərqlənən şagirdlər, onların müəllimləri Fəxri Fərman və Təşəkkürnamə ilə təltif ediliblər.