• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 01.06.2023 20:01

Uşaqlar üçün yaddaqalan tədbir keçirilib

KepezTV Player

Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib. Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən regional təhsil idarəsinin təşkilatçılığı ilə “Xan bağı”nda reallaşan tədbirdə uşaqlar bir-birindən maraqlı, əyləncəli oyunlar nümayiş etdirib. Həmçinin ilk dəfə olaraq şəhərin orta məktəblərinin dördüncü sinif şagirdləri arasında intellektual yarışlar təşkil edilib. Şagirdlər arasında ingilis dilində sual-cavab aparılıb, uşaqlara biliklərlərini nümayış etdirmək imkanı verilib. Ardından şagirdlərin çəkdikləri rəsm əsərlərinə, eləcədə əl işlərinə tamaşa edilib. Uşaq bağçalarının balacaları müxtəlif geyimlər nümayiş etdiriblər. Gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğıdan da danışılıb. Tədbirdə məktəbəqədər, eləcə də ümumtəhsil məktəblərin istedalı uşaqlarının çıxışları maraqla izlənilib.