• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 01.06.2023 20:06

“Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib

KepezTV Player

Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masa və Zirvə toplantısı çərçivəsində işçi lanç keçirilib. Prezident İlham Əliyev tədbirlərdə iştirak edib.

Kişineuda Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub.

Bundan başqa, Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.