• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 01.06.2023 15:51

Uşaqlar üçün tibbi aksiya keçirilib

KepezTV Player

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Gəncə Uşaq Evində tibbi aksiya təşkil edilib. Əvvəlcə uşaqların hazırladıqları səhnəciklər izlənilib, uşaq evinin sakinlərinin şən mahnıları qonaqların marağına səbəb olub. Daha sonra uşaqlar müayinədən keçirilib. Aksiyada müxtəlif sahələr üzrə yüksək ixtisaslı peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlər göstərilib. Uşaqlar pediatriya, urologiya, ginekologiya və digər sahələr üzrə yoxlanılıblar, həmçinin USM müayinəsindən keçiblər. Eləcə də onlara hədiyyələr təqdim olunub.