• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 01.06.2023 12:20

Mikroavtobusdakı sərnişin xəsarət alıb

KepezTV Player

Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb. Hadisə şəhərin Şah İsmayıl Xatai prospektində, “dəyirmanın dairəsi” adlandırılan ərazidə qeydə alınıb. "Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan mikroavtobus dairənin beton maneəsinə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan qadın sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.