• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 01.06.2023 12:20

Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların gözü ilə

KepezTV Player

Yer üzündə uşaqlar var,

Rəngi qara, rəngi sarı.
Gəlin dostlar, salamlayaq
Bu gün bütün uşaqları.

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ki, hər zaman bu gün təntənəli şəkildə qeyd olunur, ancaq bugünkü süjetimizdə bu günə elə məhz uşaqların gözü ilə baxacağıq. Amma tək yox, qonağım Məhəmmədlə.

1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Tarixə nəzər salsaq görərik ki, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların  müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu günü uşaqlar daha təntənəli şəkildə qeyd edir.

Uşaqlar bizim dünənimiz, bu günümüz və sabaha olan ümidlərimizdir. Düzdür, bu gün biz uşaqların müdafiəsi və əyləncəsi haqda danışırıq. Ancaq danışarkən içimizdəki o balaca uşağa da toxunmasaq olmaz. Yaşımızın neçə olmasından aslı olmayaraq, o balacanı hər zaman qəlbimizdə yaşadaq.