• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 01.06.2023 12:23

Uşaq və təhsil

KepezTV Player

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Elə bu tarixdən etibarən 1iyun  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd edilir. Azərbaycanda da uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Həmçinin onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlar ilə tənzimlənir. 

Gələcəyimiz uşaqlardan başlayır. Onlar bizim və dövlətimiz üçün nə qədər vacibdir. Təhsil də uşaqların inkişafı və gələcəyi üçün vacibdir.

Uşağın şəxsiyyətə çevrilməsində ailə, mühit,  bununla yanaşı məktəb, sosial müəssisələr həlledici rol oynayır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Hər kəsə məlumdur ki, bağçanın da uşaqların həyatında rolu böyükdür. Burda isə əsas məsuliyyət bağça müəllimlərinin üzərinə düşür.

Ulu Öndər “İnsan öz həyatının mənasını və gələcəyini uşaqlarında görür”, - deyib. Ancaq bəzi valideynlər təəssüf ki, bunu görə bilmirlər. Dövlətimiz isə hər zaman bu uşaqların sağlamlığı, təhsili, inkişafı üçün əlindən gələni edir.

Daha sonra isə hələ təzə-təzə təhsil yolunda addımlayan balacaların da həm dərs prosesləri ilə tanış olmağa, həm də onların böyüyəndə özlərini hansı peşənin sahibi olaraq görürlər?- sualına cavab tapmaq üçün məktəbə yollandıq. Dərs vaxtı müəlimənin köməyi ilə cavablarımızı da almış olduq...

Lalə Bağırova