• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 01.06.2023 11:52

İstifadəçilər süni zəkadan diqqətli şəkildə istifadəyə çağırılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istifadəçiləri ictimai sağlamlıq sahəsində süni zəka əsaslı alətlərdən daha diqqətli şəkildə istifadə etməyə çağırıb. ÜST-ün bu çağırışı ilk növbədə generativ süni zəka sistemlərinin tərkiblərində olan böyük dil modellərini (Large Language Model LLM) əhatə edir. Qeyd etmək lazımdır ki, ChatGPT və Google Bard kimi sistemlər məhz LLM əsasında çalışırlar. ÜST qeyd edib ki, sağlamlıq ilə bağlı məlumatların əldə edilməsi prosesinin sadələşdirilməsində LLM-dən istifadənin bütün risklərinin analiz edilməsində fayda var.

“Yoxlanılmamış sistemlərin səhiyyə sahəsinə anidən inteqrasiya edilmələri öz növbəsində tibb sahəsində çalışanların müəyyən səhvləri yerinə yetirmələrinə, pasientlərin zərər çəkmələrinə, süni zəkaya olan etibarın aşağı düşməsinə səbəb ola bilər”, - deyə ÜST qeyd edib. Süni zəkanın təlimatlandırılmasında istifadə edilən məlumatlar qeyri-obyektiv ola və sağlamlığa zərər yetirə biləcək səhv məlumatların tərtib edilməsinə gətirib çıxara bilərlər.

Süni zəka tərəfindən tərtib edilən cavablar nüfuzlu, inandırıcı görünə və eyni zamanda tamamilə səhv ola bilərlər. Bununla yanaşı ÜST-ün fikrincə süni zəka əsaslı alətlər etibarlı tibbi kontentlərdən fərqləndirilməsi qəliz olan dezinformasiyaların yaradılmasında sui-istifadə edilə bilər. ÜST bildirib ki, o, LLM də daxil olmaqla yeni texnologiyaların istifadəsinə həvəslə yanaşır. Lakin bu cür texnologiyaların kütləvi şəkildə istifadəsindən öncə ola biləcək ciddi problemlər detallı şəkildə analiz olunmalıdır.