• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 31.05.2023 20:33

Yaşayan Heydər Əliyev ideyalarından danışılıb

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyəti “Azərbaycan” qəzeti ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, eləcə də Milli Qurtuluş gününün 30 illik yubleyinə həsr edilən konfrans keçirib. “Heydər Əliyev ideyaları Gəncənin yüksəlişinin istinad mənbəyidir” mövzusunda keçirilən konfransda Azərbaycana hakimiyyəti illərində ümimmilli liderin ölkəmizin hərtərəfli inkişafındakı rolundan danışılıb. Heydər Əliyevin müstəqil dövlətimizin qurucusu, memarı olduğu vurğulanıb. Mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Bəxtiyar Sadıqov- “Azərbaycan” qəzetinin baş redaktoru: “Heydər Əliyev Azərbaycanın müstəqilliyini dönməz əbədi etdi. Azərbaycanı xaos burulğanından qurtardı. Anarxiyadan, qanunsuzluqdan, özbaşnalıqdan azad etdi. Hərbi birləşmələri zərərsizləşdirdi. Çox şükür ki, ulu öndərimizin qurtuluş missiyası böyük uğurla başa çatdı. Bu qurtuluş missiyasını cənab İlham Əliyev, Heydər Əliyev siyasi kursunun davamçısı ləyaqətlə yerinə yetirir. 44 günlük Zəfər müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarını azad etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə, ulu öndərimizin vəsiyyətini yerinə yetirdi”.