• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 31.05.2023 11:49

“Tesla Bot”un yeni imkanları sərgiləndi

Tesla şirkəti Tesla Bot robotlarının son zamanlarda nələri etməyi öyrəndiklərini sərgiləyib. Sözügedən robotlar hərəkət edə, müəyyən əşyaları qaldıra və obyektləri tanıya bilirlər. Qeyd etmək lazımdır ki, Tesla Bot şirkətin keçən il baş tutmuş AI Day adlı tədbirində təqdim edilmişdi. Həmin tədbir çərçivəsində şirkət robotun yalnız prototipini sərgiləmişdi və prototip hərəkətetmə bacarığına sahib deyildi. Şirkət tərəfindən təqdim edilmiş videodan görmək olar ki, Tesla Bot ətraf mühiti yadında saxlaya, insanın etdiyi hərəkətləri və məşğuliyyətləri müşahidə edərək onları təkrarlaya bilər. Məsələn, robot bir konteynerdəki əşyaları digər konteynerə qoyur. Gözləntilərə əsasən şirkət Cybertruck-ın satışa çıxmasından sonra Tesla Bot-un istehsalına start verəcək.