Azərbaycan Dövlət Aqrar Unviersitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Öncə “Ümumilli Lider Heydər Əliyev və ADAU” filmi nümayiş olunub. Çıxış edənlər Azərbaycanda aqrar sahənin inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar, bu gün də dövlətin bu sahəyə qayğısından söz açıblar. Ərzaq təhlükəsizliyinin dövlətin milli təhlükəsizliyinin ən mühüm komponenti olduğunu diqqətə çatdırıb. Davamlı olaraq əhalinin ərzaqla etibarlı təminatına dair bir çox sahədə tədbirlər, irimiqyaslı proqramlar həyata keçirilir. Fermerlərə verilən dövlət subsidiyaları, kənd təsərrüfatındakı mövcüd artımlar haqqında da məlumat verilib. Konfransda Azərbaycanla Türkiyə arasında bir çox sahələr kimi təhsil sahəsində uğurlu əməkdaşlığın davam etdirildiyindən də söz açılib. ADAU-nun əməkdaşlıq etdiyi Ege Universitetinin rektoru, professor Necdet Budaka ali təhsil müəssisəsinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub. Konfrans işini panel sessiyalarda davam etdirib.
- Baxış: 398