• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 30.05.2023 12:20

Gənclər niyə evlənmirlər?

KepezTV Player

Son zamanlar demək olar ki, hər kəsin müşahidə etdiyi bir fakt var: gənclər evlənməkdən uzaqlaşırlar. Bəziləri buna səbəb kimi maddiyatı göstərirlər. Bəziləri isə bu məsuliyyəti üzərlərinə götürmək istəmirlər.

Ailə qurmaq, evlənmək və uşaq dünyaya gətirmək gözəl olsa da, həm də zəhmət tələb edən işdir. İndiki həyat şəraitində bu vəziyyət daha da çətinləşir. Çünki günü-gündən bahalaşan dünya, insanların mənəvi durumu ilə yanaşı maddi durumuna da təsir edir. Bunun ən bariz sübutu 20-30 yaş arası gənclərin artıq evliliyə o qədər də həvəs göstərməməsidir. Evliliklərin azalması, nikah yaşının və boşanmaların artması ilə bağlı aparılan araşdırmalarda gənclərin evliliyə başlaya bilməməsinin səbəbləri arasında alimentlər, evliliklərdəki neqativ nümunələr, maddi sıxıntılar, işsizlik, dolanışığın baha olması göstərilir. Statistika göstərir ki, bütün dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa və tək yaşamağa üstünlük verirlər. Gəlin görək müsahibimiz bu barədə nələri deyəcək?

“Ailə kiçik bir cəmiyyətdir və bu cəmiyyətin qorunması üçün də biz əlimizdən gələn dəstəyi etməliyik. Və gənclərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka şərtlərinin sadələşdirilməsi daha yaxşı olar. Bu, Avropa təcrübəsində də özünü göstərir”.

Dövlət Statistika Komitəsinin hesabatında 2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 870 nikaha daxilolma və 13 139 boşanma halları qeydə alınıb. Daha öncəki illərin statistikasına nəzər salaq görərik ki, 2011-ci ildə 88 min 145 nikaha daxilolma halı müşahidə edilib.

Fransız tənqidçisi Emil Alen deyib ki; “Nikah, zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır”.

Arzu edirik ki, uğurlu və möhkəm əlaqə formalarının sayı daha çox olsun. Necə deyərlər, ailə kiçik bir dövlətdir. Bu dövləti idarə etmək isə cütlüklərin üzərinə düşən ən vacib vəzifədir.