• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 30.05.2023 12:16

Sarı-göylər “qızıl dubl”un bir addımlığında

KepezTV Player

30 may Gəncə idmanı üçün əlamətdar gün ola bilər. Şəhərin eyniadlı komandası Azərbaycan Basketbol liqasının finalında rəqibi “Sabah”ı məğlub edərsə tarixində ilk dəfə ölkə çempionu olacaq ki, bu da Nizami yurdu üçün yenilikdir.

Sarı-göylər mövsümün əvvəlindən iddiasını ortaya qoyaraq çempionluq yolunda ağır yol qət edib. Mart ayında ilk dəfə təşkil edilən ölkə kubokunu başı üzərinə qaldıran komanda finala gedən yolda da rəqiblərini əzmkarlıqla üstələyərək ən azı gümüş mükafatı özünə təmin edib. Bununla belə “Gəncə” finalda da yaxşı oyun sərgiləyib və 2 qarşılaşmada məğlub olsa da, 2-də qələbə qazanıb. Finalda ümumi hesab 2:2 olduğundan çempionu müəyyənləşdirmək üçün 5-ci – həlledici görüş baş tutacaq ki, Cavadxan yurdunun kollektivi sonda sevinən tərəf olaraq çempionluğu bayram etməyi arzulayır.

“Gəncə”nin kapitanı Amil Həmzəyev final seriyasının 3-cü oyununda zədələnərək 4-cü görüşü buraxmışdı. Ancaq təcrübəli oyunçu sonuncu qarşılaşmada az bir müddət də olsa komandasına kömək etmək istəyir.

Gəncə - Sabah oyunu Sərhədçi İdman Mərkəzində keçiriləcək. 2022-2023-cü illər mövsümünün sonuncu qarşılaşması saat 19:30-da start götürəcək.