• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 30.05.2023 10:02

Üzərindən narkotik götürülən şəxsin gizlətdiyi silah da aşkara çıxıb

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb. Üzərindən 465 qram marixuana aşkar edilən şəxsin Dəliməmədli şəhərində odlu silah gizlətdiyi də aşkara çıxıb. Körpünün alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb. Maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.