• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 30.05.2023 10:18

Tovuzda avtomobil yanıb, sürücü xəsarət alıb

KepezTV Player

Tovuzda minik avtomobili yanıb, sürücüsü xəsarət alıb. Hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107 "minik maşını qəfildən alışıb. Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarəti alan sürücü Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanğının baş vermə səbəbləri araşdırılır.