Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb. Nazirliyin sözcüsü Ayxan Hacızadə tviterdəki hesabında yazıb. “Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı: İkinci Dünya müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır. Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir. Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər”, - deyə paylaşımda qeyd edilib.
- Baxış: 256