• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 29.05.2023 17:47

Ana, uşaq və nənə yol qəzası nəticəsində ölüb

KepezTV Player

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib. Qəza Hövsan qəsəbəsi ərazisində baş verib. 1980-ci ildə təvəllüdlü Əliyəv Ayaz Vəli oğlunun idarə etdiyi ‘’Nissan Tiida’’ markalı avtomobil piyada keçidinin altından yolu keçən piyadalar 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.