• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 29.05.2023 17:40

Yevlaxda ağır yol qəzası olub

KepezTV Player

Yevlax rayonunun Kolanı kəndi ərazisində qəza hadisəsi baş verib. 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı avtomobil Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda idarəetmənin itirilməsi nəticəsində aşıb. Sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər - 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu Bərdə şəhər Diaqnostika Mərkəzinin Acil Şöbəsinə daxil olub. Avtomobilin sürücüsü Vəfadar İsmayılzadəni isə hadisə yerində aşkar edilməyib. Hadisə “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb.