Prezidenti İlham Əliyev Qazaxıstanın ölkəmizdə yeni təyin olunan səfiri Alim Bayelin etimadnaməsini qəbul edib. Prezident hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrin əsas istiqamətlərindən biri olduğunu deyib və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib.
- Baxış: 298