• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 29.05.2023 17:34

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib. Söhbət zamanı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib. Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb. Ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.