• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 29.05.2023 11:14

Qanda şəkərin miqdarını ölçə biləcək ilk smart saat təqdim olunub

Huawei şirkəti yeni məhsullardan biri olan Huawei Watch 4 smart saatının təqdimatını keçirib. Şirkət sözügedən smart saatın sahib olacağı vacib özəllik barəsində məlumat verib. Şirkət bildirib ki, Huawei Watch 4 istifadəçini qanda şəkər miqdarının yüksəlməsi və hiperqlikemiyanın inkişaf riski barəsində xəbərdar edə biləcək. Məlumdur ki, qandakı şəkər miqdarı barəsində məlumatlar ənənəvi qan analizi vasitəsilə təqdim edilməyəcək.

Huawei Watch 4-ü əhatə edən reklam məqsədli posterdə smart saat istifadəçini xəbərdar edir ki, 1 həftəlik monitorinq nəticəsində hiperqlikemiya inkişafının orta riskini təyin edib. Verilmiş məlumata əsasən şirkət smart saatdakı bu yeni funksiyanı tibbi institutların iştirakı ilə birgə hazırlayıb. Hazırlanma prosesi çərçivəsində isə qandakı şəkər miqdarının analizi məsələsində 800 000 ədəd nümunə tədqiq olunub. Əgər bu funksiya deyildiyi vəziyyətdə reallaşdırılıbsa, deməli Huawei Watch 4 qandakı şəkər miqdarını ölçə biləcək ilk smart saat olacaq.