Yüz illərdən bəri mədəni irs, adət-ənənə, hekayə və dərin bir təcrübənin əsəri olan zəngin Türk mətbəxi. Bərəkətli bir süfrə ilə misilsiz macərasını dünya ilə bölüşən Türkiyənin ağız dadından Azərbaycan ictimaiyyəti də dadmaq imkanı əldə edib. Zəngin kulinariya ənənələri Türk Mətbəxi həftəsi çərçivəsində təqdim edilib. Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən açılan süfrəyə qədim türk mətbəxinin misilsiz reseptləri ilə hazırlanan təamlar düzülüb. Bu il özünəməxsus mətbəxi ilə məşhur şəhərlər arasında yer alan Hatay, UNESCO yaradıcı şəhərlər şəbəkəsində yer almaqdadır. Yüz ildən artıq mədəni toplanma və şəhərin qonaq etdiyi saysız mədəniyyətin misilsiz sintezi ilə ortaya çıxan Hatay mətbəxi, özünəməxsus səhər və 650-dən artıq yeməyi ilə diqqət çəkməkdədir. İkinci dəfə təşkil edilən həftəlik Türkiyənin Prezident Administrasiyası himayəsi ilə bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılıb.
- Baxış: 351