• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 27.05.2023 15:45

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15 min 710 manat olan 67 baş xırdabuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanovun qabaqcadan əlbir olaraq qrup şəklində fermanın qapısını sındıraraq mal-qaranı oğurladıqları, daha sonra Bərdə rayonuna apararaq satdıqları məlum olub. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.