KepezTV Player
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncədə “Qan ver, həyat xilas et” devizi altında qanvermə aksiyası keçirilib. 28 May – Müstəqillik Günü ilə münasibətilə baş tutan aksiyada idarənin rəhbərliyi və əməkdaşları, Gəncədə fəaliyyət göstərən idman məktəblərinin məşqçi-müəllim heyəti, eləcə də gənclər iştirak ediblər. Ümumilikdə 40-dan çox şəxs irsi qan xəstələri üçün könüllü olaraq qan verib.
- Baxış: 361