• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 27.05.2023 16:16

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

KepezTV Player

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. "Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük. Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Sizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəriniz aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olub. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq. "Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.", - deyə Türkiyə Prezidenti qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Egils Levits, Slovakiya Prezidenti Zuzana Çaputova, Albaniya Prezidenti Bayram Beqay, Malta Prezidenti Corc Vella, Niderlandın Kralı Villem-Aleksandr, Bruneyin Sultanı Hacı Həssənal Bolkiah, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Hindistan Prezidenti Draupadi Murmu, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov da Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.