• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 27.05.2023 12:09

"Gəncə" "Sabah"ı üstələyərək final seriyasında bərabərlik yaradıb

KepezTV Player

Azərbaycan Basketbol Liqasında Gəncənin eyni adlı komandası “Sərhədçi” İdman Mərkəzində “Sabah”a qarşı final seriyasının 4-cü oyununa çıxıb. Zədə səbəbindən sarı-göylərin aparıcı simalarından olan Amil Həmzəyev oyunda komandasına kömək edə bilməyib. buna baxmayaraq rəqibini 93:90 hesabı ilə məğlub edən Nizami yurdunun təmsilçisi ümumi hesabı bərabərləşdirməyi bacarıb - 2:2. Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.