Gözəl və cəlbedici görünmək hər bir qadının arzusudur. Gözəllik dedikdə isə xanımların ilk ağlına gələn makiyaj olur. Makiyaj seçimində xanımlar iki yerə bölünür. Sadə makiyaja üstünlük verənlər və 3D makiyajını seçənlər. Gəlin, əvvəlcə gündəlik makiyajla tanış olaq.
Günay Dəryagir- Stilist vizajist: “İlk öncə xanımın üzünü nəmləndirici ilə silirik və birinci qaşlardan başlayırıq. Gündəlik makiyajlarda “BB” kremlər istifadə olunsa daha yaxşı olar, çünki üzdə nə qədər yüngüllük olsa, xanım özünü o qədər rahat hiss edəcək. Daha sonra gözaltı konsiller istifadə edirik. Yay aylarında üzdə çox tonal kremin olmağı o qədər də arzuolunan deyil. Və xanımın gözlərini sadə tonlarda ten (kölgə) ilə vurğulayırıq. Çünki gündəlik makiyaj olduğu üçün tünd rənglərdən istifadə etmək olmaz. Gözlərin daha qəşəng görsənməsi üçün, xanımın gözlərinə azca kölgə veririk. Və sonunda dodaqlara yüngül tonlarda dodaq boyası vururuq. Gündəlik makiyajımız bundan ibarətdir”.
Biz gündəlik makiyajın edilməsi ilə tanış olduq. İndi isə xanımların üz cizgilərinin dəyişməsinə kömək edən 3D makiyaj ilə tanış olaq.
Günay Dəryagir- Stilist vizajist: “Üz mütləq təmizlənməlidir. İlk öncə qaşlardan başlayırıq. Xanımda 3D adlanan ziyafət makiyajıdır. 3D makiyaj haqqında bunu demək istərdim ki, 3D makiyaj üzdəki bütün qüsürları bağlamaq üçündür. Qaşlar daha önə çıxsın deyə mütləq konsiller ilə vurğulamalıyıq. Gözüstü baza vururuq. Ten gözdə daha yaxşı otursun deyə istifadə olunur. Tonal kremin üzdə yaxşı oturması üçün bazadan istifadə edirik. Gözaltı konsillerden istifadə edirik. Pudra (kirşan) ilə yanaqları daha önə çıxarırıq. Tenə uyğun ənlik ilə davam edirik. Və sonunda tuj ilə gözləri- kirpikləri daha da vurğulayırıq. Və sonunda makiyajsabitləyicidən istifadə edirik ki, makiyaj üzdə daha da çox qalsın”.
Günay Əsgərova
- Baxış: 435