• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 24.05.2023 12:40

Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

KepezTV Player
Gəncədə dünən güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması nəticəsində 20-yə yaxın iri, orta və xırdagövdəli ağac aşıb, şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlər zərər görüb. Bununla yanaşı bir neçə fərdi yaşayış ev və qeyri-yaşayış obyektlər, habelə avtomobillərə zərər dəyib. Hazırda təbiət hadisəsinin fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Fəsadlar günün ikinci yarısınadək tam aradan qaldırılacaq.