• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 24.05.2023 12:30

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “VAZ” və “HYUNDAİ” markalı avtomobillərin sürücüləri Elsevər Qeybəliyev və Cavidan Xasayev narkotik vasitənin təsiri altında avtomobil idarə etdikləri üçün barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Bundan başqa bir qrup gəncin qanunla qadağan edilməsinə baxmayaraq özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq, onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.